Haqqımızda

Bakı media mərkəzi haqqında

Bakı Media Mərkəzi Azərbaycanda audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir.

2013-cü ildən fəaliyyət göstərən şirkət müxtəlif təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında audiovizual məhsullar hazırlayır, tanınmış yayım şirkətləri ilə əməkdaşlıq edərək ölkədə keçirilən genişmiqyaslı beynəlxalq tədbir və idman yarışlarının canlı yayım çəkilişlərini həyata keçirir.

Bundan başqa, şirkətimiz Azərbaycanda bədii-sənədli filmlər istehsal etməklə bərabər, biznes qurumları üçün tanıtım çarxları hazırlayır, müxtəlif tədbir və sərgilər təşkil edir, eləcə də ölkənin təbiətinin və tarixi abidələrinin gözəlliyini nümayiş etdirən fotosalnamələr yaradır.

Təcrübə

Bakı Media Mərkəzi 2013-cü ildən bəri qarşıya qoyulmuş ən çətin tapşırıqları belə uğurla yerinə yetirərək, müasir və peşəkar standartlara cavab verən audiovizual materiallar hazırlamaqla Azərbaycanın qabaqcıl və innovativ media şirkəti kimi tanınıb. Şirkətin istehsal etdiyi videomaterialların geniş tamaşaçı kütləsi tərəfindən rəğbətlə qarşılanması və müxtəlif beynəlxalq müsabiqə və yarışlarda mükafat və hədiyyələrə layiq görülməsi bunun əyani sübutudur.

Bakı Media Mərkəzinin istehsalı olan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” və Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Son iclas” filmləri müxtəlif dillərə tərcümə olunmuş, yerli və beynəlxalq televiziya kanlları vasitəsi ilə 10 milyonlarla tamaşaçı tərəfindən izlənərək, böyük rəğbət qazanmışdır.

Şirkətin indiyədək gördüyü işlər barədə aydın təsəvvür yaratmaq üçün “Birinci Avropa Oyunları” və “Formula 1” yarışları üçün çəkilmiş müxtəlif tanıtım çarxlarını, Bədii Gimnastika üzrə XXX Avropa çempionatı, “Tour d'Azerbaidjan” veloyürüşləri, və “IV İslam Həmrəyliyi Oyunları”nın canlı yayım çəkilişləri, “Jara” Beynəlxalq  Musiqi Festivalının çəkilişləri, BMX üzrə Dünya Çempionatı, 2017-18 UEFA Çempionlar Liqasının Azərbaycandakı canlı yayım çəkilişlərini xatırlatmaq kifayət edər.

Müştərilərimiz

İrs

Sənədli filmlər hər bir ölkənin tarixini, mədəniyyətini və həqiqətlərini gələcək nəsillərə çatdırmaq üçün lazımlı və unikal vasitədir.

“Son iclas” filminin çəkilişi

Bu baxımdan Bakı Media Mərkəzinin fəaliyyət istiqamətində müasir Azərbaycanın sənədli filmlərinin səlnaməsinin yaradılması işinə töhfə vermək xüsusi önəm daşıyır. Şirkətimiz fəaliyyət göstərdiyi müddət ərzində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” və Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Son iclas” kimi səndəli filmlər istehsal etmişdir. Azərbaycan tarixini, mədəniyyətini və multikulturalizim dəyərlərini özündə əks etdirən bu filmləri rəsmi rəqəmlərə görə, Azərbaycanda və dünyada 60 milyondan çox tamaşaçı izləyib.