Canlı yayım

Fəaliyyətimizin əsas sahələrindən biri canlı yayım xidmətlərinin HD formatında təşkil edilməsi və həyata keçirilməsidir. Heyətimiz regionda ən qabaqcıl avadanlıqla çalışan yüksəkixtisaslı əməkdaşlardan ibarətdir. Ölkənin aparıcı yayım şirkəti olaraq, ən müasir avadanlıq və təcrübəli heyətimizlə TV-verilişlərindən tutmuş irimiqyaslı tədbirlərə kimi canlı yayım xidmətlərinin təmin edilməsi üçün ən münasib tərəfdaşıq.