Reklam çarxlarının video istehsalatı

Kreativ ideyanın hazırlanmasından çəkilişə və montaj prosesinə qədər — şirkətimiz reklam çarxlarının video istehsalatı üzrə işlərin tam spektrini həyata keçirir. Fəaliyyət göstərdiyimiz müddət ərzində həm dövlət qurumları, həm də kommersiya təşkilatları üçün bir çox layihələr reallaşdırmışıq. Şirkətə məxsus olan çəkiliş pavilyonu və müasir texniki avadanlıq sayəsində istənilən tapşırığı ən qısa müddət ərzində həyata keçirməyə hazırıq.