Xəbərlər

Tour d'Azerbaidjan 2014
13.05.2014

Bu il mayın 7-dən 11-dək Bakıda “Tour d’Azerbaidjan -2014” velosiped turniri keçirilmişdir.

Bakının Bayraq Meydanından start götürən və bütövlükdə 838 kilometr məsafə qət etməklə Bakıda başa çatan yarışma dünya idman ictimaiyyəti arasında böyük əks-səda doğurmuşdur.

Belə bir mötəbər beynəlxalq yarışmanın video və foto çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirmişdir.

Azərbaycanın teleyayım tarixində ilk dəfə yerli şirkət Bakıdan canlı yayım təşkil etmiş,dünyanın idman həvəskarları  “Tour d’Azerbaidjan -2014” yarışmasını “Eurosport” kanalında  birbaşa izləmək imkanı qazanmışdır.

Yarışmaya hazırlıq mərhələsində tanıtım çarxının çəkilişi və “Eurosprt” kanalında yerləşdirilməsi də Bakı Media Mərkəzinin işlərindəndir.  

Hələ turnir başlanmazdan əvvəl “Eurosport” və “İdman-Azərbaycan” kanallarında 1 saat 45 dəqiqılik reklam və tanıtım çarxları nümayiş olunmuş, turnirdən birbaşa “Eurosport” kanalı üçün 15 saatlıq peyk yayımı həyata keçirilmişdir.

Əsas çəkilişlər 16 kameralı Səyyar Televiziya Kompleksi vasitəsilə aparılmışdır.

Yarışlardan keyfiyyətli çəkilişlər aparmaq üçün təyyarədən, helikopterdən və iki motosikldən istifadə olunmuşdur.

Yarışlar obyekti 86 və 100 dəfə yaxınlaşdıran zoom optika, iki simsiz rəqəmsal kamera, habelə helikoopterdən obyekti 400 dəfə yaxınlaşdıran “Cineflex” kamera  vasitəsilə çəkilmişdir.

Çəkilişlər zamanı 100 faiz yedəkli peyk ötürücü stansiyadan,   yüksək sürətli obyektlərin çəkilişi üçün 2 Super- Slow Motion  kamerasından istifadə edilmişdir.

Bütün mərhələlərin finalından çəkilişlər multi-kamera vasitəsilə aparılmışdır.

Turnirin çəkilişlərində qrafik elementlər Avropanın aparıcı mütəxəssisləri ilə birlikdə Wizard qrafik studiyası vasitəsilə təmin olunmuşdur.