Xəbərlər

Kinorejissorumuz gümüş mükafata layiq görülüb
08.07.2014

 Məmnuniyyət hissilə bildiririk ki, Bakı Media Mərkəzində çalışan kinorejissor Vüqar İslamzadənin  “Bədii Gimnastika üzrə 30-cu Avropa Çempionatı” filmi II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında ikinci yeri tutaraq gümüş mükafata layiq görülüb.

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalı hər il Bakıda keçirilən qeyri-kommersiya xarakterli mədəniyyət tədbiridir.