Xəbərlər

Bakı Media Mərkəzi Kannda mükafatına layiq görülüb.
09.10.2014

Bakı Media Mərkəzinin  Bədii Gimnastika üzrə 30-cu Avropa çempionatı üçün hazırladığı tanıtım çarxı Kannda keçirilən The Cannes Corporate Media & TV Awards  Festivalında “Dolphin” mükafatına layiq görülüb.

Tanıtım çarxının  rejissor Vüqar İslamzadədir.
Media və televiziya filmlərinin nümayişi formatında təşkil olunan festival 2010-cu ildən başlayaraq hər il Kannda keçirilir. Sonuncu festival oktyabrın 1-dən 3-dək təşkil edilib.
Xatırladaq ki, Vüqar İslamzadənin bu film bu ilin yayında II Beynəlxalq Bakı Turizm Filmləri festivalında gümüş mükafata layiq görülüb.