Günəşli ölkəmizə Bakı 2015 Avropa oyunlarının məşəlinin gəlişi bu odlar yurdunun qədim, zəngin tarixini sanki yenidən canlandırdı. Məşəl Azərbaycanın hər bir guşəsini səyahət edərək hər kəsin qəlbində bu alovun yumşaq istisini hiss etdirdi, daha çox fərəh hissi oyatdı, bayram əhval ruhiyyəsi yaratdı. Bu uzun yol hər birimizin şanlı, şərəfli bir yoludur. Bakı Media Mərkəzinin təqdim etdiyi bu çarx yurdumuzun müxtəlifliyi ilə seçilən gözəl məkanlar, rəngarəng adət-ənənlər, istiqanlı, qonaqpərvər, mehriban adamlarımız haqqındadır və hər birimiz burada özümüzü tanıya, tapa bilərik. Gəlin gözəl anları yenidən birlikdə yaşayaq!