Baku Media Center

Bədii gimnastika üzrə 30-cu Avropa çempionatı – 2014

Yayım
Tapşırıq
Açılış və bağlanış mərasiminin 30-dan çox xarici ölkəyə canlı yayımını həyata keçirmək, yarışın xüsusiyyətinə uyğun olaraq gimnastların hərəkətlərinin dinamikliyini çatdırmaq.
Həll
Çempionatın açılış və bağlanış mərasimi, həmçinin 5 gün davam edən yarışın yayımı yüksək texnoloji imkanlardan istifadə edilərək həyata keçirilmiş, səyyar kameraların köməkliyi ilə gimnastların hərəkətlərinin gözəlliyi birbaşa yayım vasitəsilə xarici ölkələrə ötürülmüşdür.
Təsnifat yarışları, çempionatın ən maraqlı anları, rəngarəng açılış mərasimi operativ şəkildə çalışan komandamız və müasir texnika vasirəsilə 30-dan çox ölkəyə yayımlanmışdır.