Baku Media Center

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il

Tədbirlər
Tapşırıq
Yubiley tədbirində şirkətin nailiyyətlərinin çatdırılması və gələn qonaqlarda xoş təəssüratların yaradılması
Həll
Rəqqasların iştirakı ilə və 3D qrafikalı proyeksiya vasitəsilə unikal şou təşkil edərək şirkətin keçdiyi yolu metaforalı şəkildə təqdim etdik. Belə ki, şounun əsas ideyası kiçik gəmi ilə oynamaqdan böyük tankerin kapitanlığına qədər arzularının ardınca gedən balaca oğlan üzərində qurulmuşdu.

Şou Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi hissəsinin bir parçası idi və onun əsas iştirakçısı hazırda təqaüddə olan və şirkətin 40 ildən artıq iş təcrübəsinə malik keçmiş əməkdaşı idi.