Baku Media Center

Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqili axşam

Tədbirlər
Tapşırıq
Tədbirin mövzusuna uyğun unikal və yaddaqalan məzmunun yaradılması
Həll
Tanınmış kino xadimlərinin dəvət edildiyi axşamda Azərbaycan filmlərində istifadə olunmuş məşhur musiqi əsərləri yeni aranjman olunmuş versiyada ağ və qara royallarda səsləndirilmişdir.

Tədbirin Şirvanşahlar Sarayının divarları əhatəsində keçirilməsi və bu qədim divarlar üzərində “mapping” şousunun nümayiş etdirilməsi isə axşama xüsusi ekzotiklik əlavə etmişdir.