Baku Media Center

QARABAĞ FK – 30 MÖVSÜM SƏFƏRDƏ

Film
Tapşırıq
“Qarabağ” futbol klubunun tarixi, keçdiyi yol və 30 mövsüm ərzində mübarizəsini əks etdirən sənədli filmin istehsalı.
Həll
Üç bölümdən ibarət sənədli filmdə “Qarabağ”ın yerli və beynəlxalq arenada qazandığı nailiyyətlər, Ağdamın işğalından sonra “İmarət” stadionunun taleyi və klubun keçmiş futbolçularının yaddaşlarda qalan xatirələri paralel xətt üzrə təqdim olunub. Arxiv materialları, müsahibələr və oyunlar zamanı aparılan çəkilişlər birləşdirilərək klubun həm idman, həm də mənəvi kimliyi vizual hekayəyə çevrilib. Xarici jurnalistlərin və futbolçuların fikirləri filmin beynəlxalq baxış bucağını gücləndirərək “Qarabağ”ın yolunu və ruhunu tamaşaçıya daha dərindən çatdırıb.