Bakcell-in Formula 1 Azərbaycan Qran-Prisi ilə əməkdaşlığını dinamik vizuallarla təqdim etmək və brendin sürət, texnologiya və innovasiya ruhunu ekranda canlandırmaq.
Həll
Film üçün real çəkiliş, qrafik elementlər və Süni İntellekt əsaslı vizuallar bir araya gətirilib. F1 atmosferinə uyğun yüksək templi montaj, xüsusi səs effektləri və sürətli kamera keçidləri ilə dinamika gücləndirilib. Seçilmiş aktyorların obrazları brendin innovasiya və sürət sinerjisini(birləşməsini) vizual olaraq ifadə edib. Bütün proses pre-production(istehsaldan əvvəl) planlamasından post-production(istehsaldan sonra) mərhələlərinə qədər Bakı Media Mərkəzi tərəfindən tam şəkildə həyata keçirilib.