Baku Media Center

DİSLEKSİYA BARƏDƏ SOSİAL ÇARX

Kommersiya
Tapşırıq
Disleksiyadan əziyyət çəkən uşaqlara dəstək çağırışı edən, onların məktəbdə və evdə yaşadığı psixoloji yükü real və emosional şəkildə əks etdirən sosial reklamın istehsalı.
Həll
Reklam filminin dramatik xəttini daşıya biləcək uşağın seçimi xüsusi kastinq prosesi ilə həyata keçirilib və obrazın emosional oyunu hekayənin təsir gücünü artırıb. Çəkilişlər həm real məktəb mühitində şagirdlərlə, həm də pavilyonda qurulan səhnə ilə tamamlandı. Məktəbdə 'bullinq' - təzyiq anlarının, evdə isə valideyn-uşaq gərginliyinin vizual təsviri üçün işıq həlləri, kamera yaxın planları və səssiz fasilələrlə emosional təqdimat tonu gücləndirilib. Post-production (istehsaldan sonra) mərhələsində rəng tonları və səs dizaynı ilə uşağın yaşadığı daxili gərginlik izləyiciyə ötürülüb.