Hacı Zeynalabdin Tağıyevin həyat yolunu əks etdirən 4 bölümdən ibarət bədii film.
Həll
“Tağıyev” bədii filmində böyük xeyriyyəçinin fəaliyyəti ilə paralel olaraq onun yaşadığı dövrün ictimai, siyasi və mədəni reallıqları ekranlaşdırılıb. Çəkiliş prosesi 8 ay davam edib, 76 fərqli məkanda həyata keçirilib, 300-dən artıq dekorasiya qurulub. Tarixi dövrün dəqiqliklə canlandırılması üçün yüzlərlə rekvizit və geyim hazırlanıb. Layihənin ideya mərhələsindən ilk təqdimatına qədər 2500-dən çox mütəxəssis filmin istehsalında iştirak edib, nəticədə dünya miqyaslı və dərin məzmunlu kino əsəri ortaya qoyulub.